• Bakı 18° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

“Avroviziya”ya görə vəzifəsindən oldu

SİYASƏT

18 May 2026 | 17:55

“Avroviziya”ya görə vəzifəsindən oldu

Moldovada “Avroviziya-2026 müsabiqəsinə görə qalmaqal yaranıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Moldova milli münsiflər heyətinin rumıniyalı iştirakçı Aleksandra Kapitaneskuya cəmi 3 bal verməsi ölkədə narazılıqla qarşılanıb.

Bu narazılıq yerli “Teleradio-Moldova” şirkətinin baş direktoru Vlad Surkanunun istefa verməsi ilə nəticələnib. O, bu qərarını brifinqdə açıqlayıb.

Surkanu rəhbərlik etdiyi teleşirkətin “Avroviziya”nın təşkilində birbaşa iştirak etməsə də, münsiflər heyətinin verdiyi qiymətlərə görə məsuliyyət daşıdığını etiraf edib. Onun sözlərinə görə, milli münsiflər heyəti Moldova ilə qonşu ölkələr arasında mövcud həssas vəziyyəti nəzərə almayıb. Surkanu münsiflər heyətinin Ukraynaya da 1 bal belə vermədiyini xatırladıb. 

Qeyd edək ki, builki müsabiqədə Bolqarıstan tarixində ilk dəfə olaraq qalib adını qazanıb. Rumıniyalı ifaçı Aleksandra Kapitanesku müsabiqəni 3-cü pillədə tamamlayıb. Moldovalı münsiflər heyəti maksimum 12 xalı Serbiya iştirakçısına, tamaşaçılar isə məhz Rumıniya təmsilçisinə verib.


SON XƏBƏRLƏR