• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rüfət Səfərovun 9 il həbsi tələb edildi

SİYASƏT

18 May 2026 | 18:00 | Müəllif: Əli Hüseynov

Rüfət Səfərovun 9 il həbsi tələb edildi

Keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətllər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Rüfət Səfərovun külli miqdarda dələduzluqda və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Müdafiə tərəfinə çıxışa hazırlanması üçün vaxt verilib.

Qeyd edək ki, R.Səfərov daha əvvəl də məhkumluq həyatı yaşayıb. Bu cinayətlə bağlı 2024-ün dekabrında həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026