q
  • Bakı 13° C

    6.2 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Bayramov: Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır - YENİLƏNİB

SİYASƏT

18 Aprel 2026 | 18:08

Bayramov: Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi İclasında iştirak və çıxış etməkdən məmnunluq duyur.

Bakıvaxtı.az xəbər verir ki, C. Bayramov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Günümüzün dəyişən geosiyasi mənzərəsində müntəzəm qeyri-rəsmi fikir mübadilələrinin və daha güclü regional əməkdaşlığın dəyərini xüsusi vurğuladım", - o bildirib və daha geniş, çevik və qarşılıqlı faydalı tərəfdaşlıqları təmin etməkdə təşkilat və müxtəlif əməkdaşlıq formatlarının rolu diqqətə çatdırılıb:

"Azərbaycan əlaqələndirilmiş və gələcəyə hesablanmış gündəliyi irəli aparmaq üçün qardaş ölkələrimiz və tərəfdaşlarımızla sıx əməkdaşlıq etməyə sadiq qalır".

***

16:46

Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən iclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.


SON XƏBƏRLƏR