• Bakı 15° C

    1.07 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

“Vaxtım daralır” - Pavel Durov 41 yaşını qeyd etmədi

DÜNYA

11 Oktyabr 2025 | 15:24

“Vaxtım daralır” - Pavel Durov 41 yaşını qeyd etmədi

"Telegram"ın qurucusu və milyarder Pavel Durov 41 yaşını qeyd etməyəcəyini açıqlayaraq şəxsi kanalında emosional paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, o, dünyanın sürətlə azadlığını itirdiyini vurğulayıb və bir vaxtlar sərbəst informasiya mübadiləsinin simvolu olan internetin indi nəzarət mexanizminə çevrildiyini bildirib.

Durovun sözlərinə görə, özlərini demokratiyanın mərkəzi kimi təqdim edən ölkələr belə getdikcə daha sərt rəqəmsal nəzarət sistemləri tətbiq edirlər. O, nümunə olaraq Böyük Britaniyada rəqəmsal şəxsiyyət vəsiqələrinin, Avstraliyada onlayn yaş təsdiqinin tətbiqini, Avropa İttifaqında şəxsi yazışmaların skan edilməsini göstərib.

Durov qeyd edib ki, artıq bəzi ölkələrdə sosial şəbəkələrdə fikirlərinə görə insanları təqib edir və hətta həbs edirlər. Onun fikrincə, bəşəriyyət getdikcə "antiutopik reallığa" yaxınlaşır və əsas azadlıqlar təhlükə altındadır.

"Biz atalarımızın qurduğu azadlıqları qorumaqdansa, öz əlimizlə onlardan imtina edirik", - deyə o bildirib və əlavə edib ki, bu səbəbdən ad gününü qeyd etməyə haqqı olmadığını düşünür:

"Vaxt gedir, həm mənim, həm də hamımızın"./Milli.az


SON XƏBƏRLƏR

10 Oktyabr 2025