• Bakı 21° C

    6.28 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Salyanda böyürtkən yığan 62 yaşlı kişi güllələndi - YENİLƏNİB

HADİSƏ

12 Sentyabr 2025 | 23:09

Salyanda böyürtkən yığan 62 yaşlı kişi güllələndi - YENİLƏNİB

TƏBİB qırma xəsarəti alan şəxsin vəziyyəti barədə məlumat yayıb.

Qurumdan Bakıvaxtı.az-a bildirilib ki, sentyabrın 12-də saat 18:10 radələrində 1963-cü il təvəllüdlü şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Sol göz, sağ çiyin, sağ budun yuxarı 1/3 hissəsinin, sol əlin yaraları diaqnozu ilə ona zəruri tibbi xidmətlər göstərilib.

Hazırda cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - TƏBİB-in məlumatında bildirilir.

***

22:23

Salyan rayonunda güllələnmə hadisəsi baş verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Tağıyev İskəndər Adışırin oğlu bədənini müxtəlif yerlərində güllə seçmə yaraları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının dediyinə görə, İ.Tağıyev çöldə böyürtkən yığan zaman tanımadığı şəxs tərəfindən ov tüfəngi ilə güllələnib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

12 Sentyabr 2025