12.10.2025-ci il tarixində saat 17:40 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib.
Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
19:34
Goranboyda yol qəzası olub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Qızılhaclı qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını 2011-ci il təvəllüdlü N.Həsənovanı və 2013-cü il təvəllüdlü F.Qasımovanı vurub.Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.