• Bakı 18° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Paytaxtda oğurluq edənlər saxlanılıblar

HADİSƏ

11 Noyabr 2025 | 14:24

Paytaxtda oğurluq edənlər saxlanılıblar

Noyabrın 8-də Səbail rayonunda marketlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək içərəisində 1300 manat, 200 dollar, mobil telefon və sənədlər olan pul kisəsinin talanmasını bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, Səbail RPİ 9-cu Polis Bölmədi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 47 yaşlı R.Quliyev müəyyən olunaraq saxlanılıb.

Sabunçu rayonunda isə evlərin birindən 4000 manat, həmçinin rayon ərazisindəki mağazadan 300 manat talamaqda şübhəli bilinən 35 yaşlı T.Hacıyev və bir nəfər qadın da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

10 Noyabr 2025