• Bakı C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Goranboyda bıçaqlanan şəxsin son durumu - YENİLƏNİB

HADİSƏ

11 Dekabr 2025 | 13:22

Goranboyda bıçaqlanan şəxsin son durumu - YENİLƏNİB

11.12.2025-ci il tarixində saat 00:10 radələrində 1996-cı il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, döş qəfəsinin çoxsaylı açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

***

09:00

Goranboyda iki nəfərə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində A. Məmmədov və V. İsmayılova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı İlkin Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

02 Mart 2026