• Bakı 10° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Bakıda vəzifəli şəxs QƏTLƏ YETİRİLDİ

HADİSƏ

12 Oktyabr 2025 | 15:14

Bakıda vəzifəli şəxs QƏTLƏ YETİRİLDİ

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşını bıçaqlayıblar.

Bakıvaxtı.az Bakupost.az-a istinadla xəbər verir ki, bıçaqlanan şəxsin Bakının Suraxanı rayon sakini Ayxan Mustafayev olduğu bildirilir.

Hadisə Suraxanıda Ayxan Mustafayevə məxsus kiçik sahibkarlıq obyektinin qarşısında baş verib. O, aldığı bıçaq zərbələrindən həyatını itirib.

Onu qətlə yetirən şəxsin 17 yaşlı yeniyetmə olduğu bildirilir.

Hadisənin təfərrüatı ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Ayxan Mustafayev daha əvvəl Xaçmaz Gömrük İdarəsini Yalama gömrük postunda işləyib.


SON XƏBƏRLƏR

07 Dekabr 2025