• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Avtomobildən meyit tapıldı

HADİSƏ

11 Noyabr 2025 | 08:53

Avtomobildən meyit tapıldı

Axşam saatlarında Zaqatalanın Mazıx kəndində avtomobildən kişi meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, 75 yaşlı Muxax kənd sakini Murtuzəli Dadamayevin cansız bədəni idarə etdiyi QAZ-24 markalı avtomobildə tapılıb.

Hadisə yerinin ilkin təhqiqi zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026