• Bakı C

    6.82 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Tulinin vəkilindən AÇIQLAMA: "Heç kimə fiziki şiddət TƏTBİQ EDİLMƏYİB"

HADİSƏ

10 Dekabr 2025 | 16:31

Tulinin vəkilindən AÇIQLAMA: Heç kimə fiziki şiddət TƏTBİQ EDİLMƏYİB

Xəbər verdiyimiz kimi, Azərbaycanda kikboks üzrə tanınmış xanım məşqçi Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimlinin məhkəməsi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs barədə qərar qəbul edilib.

Qərara əsasən, 21 yaşlı Tulin Ələkbərova və onun tələbəsi 19 yaşlı Abbas Rəhimli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Tulin Ələkbərovanın vəkili Nicat Mehtixanov Bakıvaxtı.az-a bildirib ki, ittiham edilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin 6 dekabr 2025-ci il tarixli qərarı ilə bağlı apelyasiya şikayəti artıq təqdim edilib.

Nicat Mehtixanov: Hökmü əsassız və ədalətsiz hesab edirik

"Qeyd etməliyik ki, hökmü əsassız və ədalətsiz hesab edirik. Tulin Ələkbərova özünü heç bir halda təqsirli bilmir. İttihamda göstərildiyi kimi, o, 110 manat məbləğində pul almayıb və heç bir şəxsə fiziki zor tətbiq etməyib. İttihamın hüquqi əsasları sübutlarla təsdiq olunmur, mövcud materiallar isə məhkəmə araşdırmasının təkrar aparılmasını zəruri edir".

Onun sözlərinə görə, verilən qərar hüquqi baxımdan proporsional deyil.

"Tulin Ələkbərova əsassız ittihamın hədəfinə çevrilmiş bir vətəndaşdır. Biz inanırıq ki, Apelyasiya Məhkəməsi ədalətin bərpası üçün lazımi hüquqi qərarı verəcək".

Əli Hüseynov


SON XƏBƏRLƏR