• Bakı C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Günəşdə 4 güclü PARTLAYIŞ

HADİSƏ

10 Dekabr 2025 | 19:40

Günəşdə 4 güclü PARTLAYIŞ

Günəşdə dörd güclü partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Günəşdə M sinfinə aid dörd güclü partlayış qeydə alınıb.

İk M1.5 partlayış saat 03:27-də 4296 nömrəli Günəş ləkəsində baş verib və 20 dəqiqə davam edib. Daha sonra M1.2, M1.9 və M1.0 partlayışları sırasıyla saat 08:22, 11:37 və 13:55-də olub.

Bu partlayışlar ilin ən böyük ləkə kompleksində, 4294, 4296 və 4298 bölgələrində müşahidə edilib və hər biri 10-16 dəqiqə davam edib.

Qeyd edək ki, eyni gün X sinfinə aid güclü bir partlayış da olub. Bu partlayış 4298 ləkə qrupunda baş verib və 16 dəqiqə davam edib.

Qeyd edək ki, Günəş partlayışı Günəşdə enerji yığılan maqnit sahəsinin birdən açılmasıdır. Bu zaman radiasiya bütün spektr boyu yayılır, o cümlədən radio dalğaları və gamma şüaları yaranır. Ən güclü partlayışlar Yer üzündə radio siqnallarına müdaxilə edə və maqnit qasırğalarına səbəb ola bilər./Milli.az


SON XƏBƏRLƏR