• Bakı 21° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Köməksiz qalanlar belə xilas edildi - VİDEO

HADİSƏ

12 Oktyabr 2025 | 14:34

Köməksiz qalanlar belə xilas edildi - VİDEO

Bakıda iki nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonu, Ş.M. Xiyabani küçəsində vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onyeddimərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2013-cü il təvəllüdlü yeniyetməni yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.

Bundan əlavə, daxil olmuş məlumat əsasında Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən alpinist ləvazimatlarının köməyi ilə Nəsimi rayonu, Nizami küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə köməksiz vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü vətəndaşa müvafiq köməklik göstərilib.


SON XƏBƏRLƏR

11 Oktyabr 2025