Cəlilabadda baş verən qəzada 3 nəfər xəsarət alıb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun 87-ci km-də qeydə alınıb.
Hərəkətdə olan "Kia" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.





jpg-1765365579.webp)


jpg-1765348412.webp)







