• Bakı 19° C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Mingəçevirdə zirzəmidən atılmış körpə TAPILDI - YENİLƏNİB

HADİSƏ

12 Oktyabr 2025 | 11:19

Mingəçevirdə zirzəmidən atılmış körpə TAPILDI - YENİLƏNİB

Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. 

Azyaşlı həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır. Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

*** 10:25

Mingəçevirdə zirzəmidən köməksiz vəziyyətdə qalmış, atılmış körpə tapılıb.   

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində binanın zirzəmisində qeydə alınıb. Ətrafdakıların köməyi xilas olunan körpə oğlan uşağı təcili xəstəxanaya çatdırılıb. Onun kimliyi və  kim tərəfindən zirzəmiyə atıldığı hələ ki məlum  deyil.

Faktla bağlı araşdırma başlanılıb/Unikal


SON XƏBƏRLƏR

11 Oktyabr 2025