• Bakı C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Suraxanıda maşın aşıb, sürücü xəsarət alıb - VİDEO

HADİSƏ

10 Noyabr 2025 | 16:58

Suraxanıda maşın aşıb, sürücü xəsarət alıb - VİDEO

Bakının Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə köməksiz vəziyyətdə qalıb.

Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “MERCEDES” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə köməksiz vəziyyətdə qalıb.

    Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1988-ci il təvəllüdlü Eminaqarov Zaur Rəşid oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


    SON XƏBƏRLƏR

    02 Mart 2026