• Bakı C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Ağdamda avtomobillər “KamAz”a çırpıldı - Yaralılar var

HADİSƏ

11 Oktyabr 2025 | 22:16

Ağdamda avtomobillər “KamAz”a çırpıldı - Yaralılar var

Ağdamda 2 minik avtomobili "KamAz"​la toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, qəza Hindarx-Borsunlu avtomobil yolunun Quzanlıdan keçən hissəsində baş verib.

"VAZ 2106" və "Lada Xəzər" markalı avtomobillər hərəkətdə olarkən daşla yüklənmiş "KamAz"a çırpılıblar.

Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Onlar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

06 Dekabr 2025