• Bakı 15° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Sumqayıtda yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu - YENİLƏNİB + VİDEO

HADİSƏ

11 Oktyabr 2025 | 20:11

Sumqayıtda yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu - YENİLƏNİB + VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 2-ci mikrorayon, N.Nərimanov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Qüvvələrin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin 13 m² sahədə yanar konstruksiyaları yanıb, yüksək temperaturun təsirindən beşinci mərtəbədə quraşdırıılmış kondisioner mühərriki əriyib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı beşinci mərtəbənin eyvanında köməksiz vəziyyətdə qalmış 1 uşaq və 2 qadın xüsusi təyinatlı texnika - avtonərdivan vasitəsilə xilas edilib.

 

19:39

Sumqayıtda yaşayış binasında yanğın baş verib.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Binadan sakinlərin təxliyəsi təmin edilir.

Yanğının səbəbləri araşdırılır.

 


SON XƏBƏRLƏR