“Azərbaycan təhsil ictimaiyyətinin əsas məqsədi milli dəyərlərə sadiq qalmaqla yanaşı, dünya standartlarına uyğun təhsil sistemi yaratmaqdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “2025-2026-cı tədris ili: Yeniliklər və hədəflər” tədbirində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, bu yalnız məktəblərin və universitetlərin yox, həmçinin ictimaiyyətin, valideynlərin və mütəxəssislərin birgə səyləri ilə mümkündür:
“Əgər təhsil sahəsində islahatlar davamlı və məqsədyönlü şəkildə həyata keçirilirsə, gələcək nəsillər keyfiyyətli təhsil alacaq, milli dəyərləri və qlobal bilikləri eyni zamanda mənimsəyəcəklər. Bunun üçün əsas şərt düzgün strategiya, davamlı monitorinq və açıq müzakirə mühitidir”.
Mina Mikayılova