• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Tovuzda üç uşaq qidadan ZƏHƏRLƏNDİ

CƏMİYYƏT

11 Oktyabr 2025 | 21:41 | Müəllif: Subhan Mahmudov

Tovuzda üç uşaq qidadan ZƏHƏRLƏNDİ

Tovuz rayonunda bir ailənin üç üzvü zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

2021-ci il təvəllüdlü İlqar Hüseyinzadə, onun qardaşı 2022-ci il təvəllüdlü Nihat Hüseyinzadə və 6 yaşlı Gülnur Hüseyinzadə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, uşaqlar nəzarətsiz qalaraq turşu yeyib və ondan zəhərləniblər.

Azyaşlıların vəziyyəti orta-ağırdır.

Hadisə ilə bağlı araşdırma başlanılıb./Teleqraf


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026