• Bakı 26° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Sumqayıtdan Bakıya gələnlərə ŞAD XƏBƏR

CƏMİYYƏT

10 Noyabr 2025 | 13:48

Sumqayıtdan Bakıya gələnlərə ŞAD XƏBƏR

Noyabrın 12-dən etibarən Sumqayıtdan Bakıya sərnişin daşınmasının həyata keçirilməsi məqsədilə yeni marşrut avtobusu xəttə buraxılacaq.

Bakıvaxtı.az xəbər verir ki, xəttə buraxılacaq 500 nömrəli marşrut avtobusu Sumqayıt şəhərindəki Heydər Əliyev parkının qarşısından hərəkətə başlayacaq. Avtobus Ceyranbatan qəsəbəsindən keçməklə metronun "20 Yanvar" stansiyasına sərnişin daşınmasını həyata keçirəcək.

Sözügedən nəqliyyat vasitəsi "BakuBus" MMC-yə məxsusdur.

Xətt üzrə "BMC Procity CNG" markalı 18 metrlik (4 qapılı) avtobuslar fəaliyyət göstərəcək.

Məqsəd Ceyranbatan qəsəbəsi ərazisində sərnişin sıxlığını azaltmağa yönəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026