• Bakı 10° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Naxçıvanda magistral su xəttində qəza olub

CƏMİYYƏT

10 Dekabr 2025 | 12:09

Naxçıvanda magistral su xəttində qəza olub

Naxçıvanda magistral su xəttində qəza baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, qəza şəhərin Nizami, C.Məmmədquluzadə, N.Tusi, V.Qasımov küçələrini, N.Naxçıvani məhəlləsini və Tumbul kəndini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb.

Baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu ərazinin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İşlər 10 dekabr tarixində gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.


SON XƏBƏRLƏR

09 Dekabr 2025