"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində bu gün sonuncu oyununa çıxacaq.
Bakıvaxtı.az-ın məlumatına görə, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderland təmsilçisi "Ayaks"ın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Görüş "Azərsun Arena"da, saat 14:00-da start götürəcək. Əsas mərhələnin VI turunun matçını macarıstanlı FIFA referisi Marton Ruş idarə edəcək.
Qeyd edək ki, əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan U-19 35-ci pillədə qərarlaşıb. Qonaqlar 7 xalla 22-cidir.
Bakı 



