• Bakı C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

İşçilərin sayı 50-dən çox olan iş yerlərində yeni vəzifə təsis ediləcək

CƏMİYYƏT

10 Dekabr 2025 | 11:23

İşçilərin sayı 50-dən çox olan iş yerlərində yeni vəzifə təsis ediləcək

Fiziki şəxs olan işəgötürənlərin yaratdıqları, işçilərin sayı əlli nəfərdən çox olan iş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi təsis ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunub.

Təklifə əsasən, müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində işçilərin sayı 50 nəfərdən az olduqda əməyin mühafizəsi işinin təşkili işçinin razılığı ilə və əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə əməyin mühafizəsi üzrə biliyi olan işçilərdən birinin əmək funksiyasına daxil edilir, bu mümkün olmadıqda isə işəgötürən tərəfindən əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi təsis edilir.


SON XƏBƏRLƏR

09 Dekabr 2025