• Bakı C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

“Onlar bizə əmanətdir” aksiyası şəhid övladlarına sevgi ilə davam edir

CƏMİYYƏT

09 Yanvar 2026 | 11:17

“Onlar bizə əmanətdir” aksiyası şəhid övladlarına sevgi ilə davam edir

Hər zaman sosial təşəbbüsləri ilə seçilən Qırmızı Ürəklər Fondu növbəti dəfə “Onlar bizə əmanətdir” aksiyasını həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, aksiya çərçivəsində 16 yaşınadək olan 1800 şəhid övladına bayram hədiyyələri təqdim edilib. Təşəbbüsün məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin bizə əmanət olan övladlarına mənəvi dəstək olmaq, onlara hər zaman cəmiyyətin diqqət və qayğısı ilə əhatə olunduqlarını hiss etdirməkdir.

Paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarını da əhatə edən aksiyanın icrasında Qırmızı Ürəklər Fondunun könüllüləri fəal iştirak edib. Hədiyyə təqdim ediləcək uşaqların müəyyən olunmasına yerli icra hakimiyyəti orqanları dəstək olub. Hədiyyələrin çatdırılmasını isə “Azərpoçt” üzərinə götürüb. 

Qeyd edək ki, aksiya Kapital Bank, PMD Group, PashaPay, PASHA Investments və PASHA Technology kimi nüfuzlu tərəfdaşların dəstəyi ilə həyata keçirilir.

Uşaqların sevinc dolu anlarını izləmək üçün:https://www.b-b.az/dy5LUS

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.


SON XƏBƏRLƏR

09 Yanvar 2026