• Bakı C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Bakıda əkizlərin ölümündə müəmmalı "boya" detalı

CƏMİYYƏT

08 Fevral 2026 | 00:01

Bakıda əkizlərin ölümündə müəmmalı boya detalı

Paytaxtın Xətai rayonu, Əhmədli ("kənd Əhmədli") qəsəbəsində bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, yerli KİV-də yayılan məlumata görə, sözügedən ünvandakı mənzillərdən birində yaşayan iki körpənin dəm qazından zəhərləndiyi bildirilir.

Lakin onların yaxınları Baku TV-yə bu məlumatın həqiqətə uyğun olmadığını söyləyirlər. Onlar bildiriblər ki, uşaqların ölüm səbəbi hələlik dəqiq müəyyənləşdirilməyib və bu, araşdırmalardan sonra məlum olacaq.

Qeyd olunub ki, ailənin yaşadığı fərdi yaşayış evində bir müddət əvvəl yanğın hadisəsi baş verib və bundan sonra evdə təmir işləri aparılıb.

Məlumata əsasən, bir neçə gün əvvəl aparılan təmir zamanı döşəməyə boya vurulub. Ehtimal edilir ki, iki yaşlı əkiz uşaqlar boyadan zəhərlənərək həyatlarını itiriblər.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır./Milli.Az


SON XƏBƏRLƏR

07 Fevral 2026
06 Fevral 2026