• Bakı C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Anar Əliyev Ağdamda qəbul keçirəcək

CƏMİYYƏT

09 Yanvar 2026 | 10:48

Anar Əliyev Ağdamda qəbul keçirəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev yanvarın 22-də Ağdam rayonunda Ağdam və Tərtər rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, həmin gün vətəndaşların ƏƏSMN-in səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar yanvarın 9-13-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.


SON XƏBƏRLƏR

09 Yanvar 2026