• Bakı 10° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib

SİYASƏT

10 Dekabr 2025 | 12:23

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib

Konstitusiya və Suverenlik İli çərçivəsində Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan məlumat verilib.

Açılış nitqi ilə çıxış edən Şuranın sədri, Baş prokuror Kamran Əliyev bildirib ki, Konstitusiya dövlətimizin suverenliyini, idarəçilik sisteminin sabitliyini və cəmiyyətin hüquqi inkişaf prinsiplərini müəyyən edən əsas sənəddir.

Vurğulanıb ki, müasir Azərbaycan dövlətinin möhkəm təməli dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsi üzərində qurulub. Ulu öndərin müəyyən etdiyi dövlətçilik xəttini bu gün yüksək səviyyədə və böyük siyasi iradə ilə davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevdir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində dövlət suverenliyimizin möhkəmləndirilməsi, qanunçuluğun təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunub.

Çıxışda, həmçinin, qeyd olunub ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr cəmiyyətin hüquqi maarifləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və sosial rifahın yüksəldilməsi baxımından xüsusilə əhəmiyyət kəsb edir.

İclasda Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov "Azərbaycan Konstitusiyasında dövlət suverenliyi prinsipinin hüquqi əsasları", Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev "Azərbaycan Respublikasının Konstitusiyası və insan hüquqları", Milli Məclisin deputatı Kamal Cəfərov "Korrupsiyanın qarşısının alınmasında Azərbaycan modeli", Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri, prokurorluğun veteranı Tahir Kazımov "Cinayət Məcəlləsinin 178-ci maddəsinə dəyişikliklərin edilməsinin zərurəti", Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova "Dövlət hesabına müdafiənin həyata keçirilməsi zamanı mövcud problemlər", Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev isə "Cinayət təqibi üzrə icraatın dayandırılmasının aktual problemləri" mövzusunda çıxış ediblər. Hər bir çıxış ətrafında Şura üzvlərinin təklifləri dinlənilib və müzakirələr aparılıb.

Tədbir zamanı prokurorluğun elmi-tədqiqat və metodiki fəaliyyətinə dair yeni nəşrlər və elektron resurslar da təqdim olunub.

Belə ki, Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev "Prokurorluq orglarının peşə hazırlığı, elmi-tədqiqat və metodiki iş sahəsində ölkədaxili əməkdaşlıq təcrübəsi" adlı vəsaiti, Mərkəzin şöbə rəisi Nigar Qələndərli "Prokuror nəzarəti və prosessual rəhbərlik təcrübəsi" jurnalını, Mərkəzin şöbə prokuroru Fərizə Mirzəyeva "Qlobal ədalətə doğru: Beynəlxalq Prokurorlar Assosiasiyası və Azərbaycan Prokurorluğu" kitabını, Baş Prokurorluğun idarə prokuroru Mahmud Mehdiyev "Kriptovalyutanın aşkarlanması, izlənməsi və müsadirəsi", Mərkəzin şöbə prokuroru Rəşad Qasımov isə mənimsəmə və qulluq mənafeyi əleyhinə cinayətlər üzrə metodiki vəsaiti təqdim edib, eləcə də Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova Elektron Prokurorluq İnformasiya Sistemində yaradılmış (EPİS) "Hüquqi müzakirələr və təkliflər forumu" modulunun funksionallığı barədə məlumat verib.

İclas çərçivəsində 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" münasibətilə ali təhsil müəssisələri arasında keçirilən "Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi" adlı hüquq viktorinasında "Nominasiyalar" üzrə fərqlənmiş tələbələrin mükafatlandırılması mərasimi təşkil edilib və qaliblərə mükafatlar Baş prokuror Kamran Əliyev tərəfindən təqdim olunub.


SON XƏBƏRLƏR

09 Dekabr 2025