ABŞ Prezidenti Donald Tramp İranda keçirilən etiraz aksiyalarına diqqət çəkib.
Bakıvaxtı.az "Azad İran"a istinadla xəbər verir ki, o, “Truth Social” platformasında etirazlardan görüntülərin yer aldığı “YouTube” videosunu paylaşıb.
Qeyd edək ki, video İsrailin “Kanal 13” telekanalına məxsusdur.
Tramp paylaşımında yazıb:
“Milyondan çox insan mitinq keçirib: İranın ikinci ən böyük şəhəri etirazçıların nəzarəti altındadır, rejim qüvvələri geri çəkilir”.
Əli Hüseynov
Bakı 





