Bakı şəhərində Yeni il hazırlıqları davam edir.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Bakının rayonlarında Yeni il ağaclarının quraşdırılmasına dekabrın 13-dən sonra start veriləcək.
Baş yolkanın Mərkəzi Parkda və Azneft dairəsində qurulması planlaşdırılır. Bununla yanaşı, Fəvvarələr Bağında "Nərgiz Fondu"nun təşkilatçılığı ilə xüsusi Yeni il bəzəkləri hazırlanacağı qeyd edilib.
Məlumatda bildirilib ki, Dənizkənarı Bulvar ərazisi və şəhərin bütün rayonlarının mərkəzi parklarında da yolkalar quraşdırılacaq. Səbail rayonundakı Sahil Bağında isə Yeni il kompozisiyası yaradılacaq.
Əlavə edilib ki, bayram günlərində Bulvar və Fəvvarələr Bağında Şaxta baba və Qar qızın iştirakı ilə əyləncəli tədbirlər keçiriləcək.
Zeynəb Rzayeva
Bakı 



