Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri üç aya qədər uzadılıb.
Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi istintaq orqanını təqdimatı əsasında qərar qəbul edib.
Məlumata görə, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri mart ayına qədər artırılıb.
Qeyd edək ki, R.İsmayılova ötən ilin avqust ayında həbs edilib və avqustun 16-da barəsində həbs qətimkan tədbiri seçilib.
Həmin ilin noyabrın 19-da vəkilinin vəsatəti əsasında onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Xatırladaq ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində məsuliyyətə cəlb edilən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı dələduzluqda ittiham edilir.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Rəqsanə İsmayılova dəymiş zərərin bir qismini ödəyib.
Bakı 




