Türkiyənin məşhur müğənnisi Güllünün qızı Tuğyan Ülker Gülter və dostu Sultan Nur Ulu Yalova Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində İstanbulun Büyükçekmece şəhərində saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, Gülter və Ulu ölkədən qaçmağa hazırlaşarkən tutulublar.
"Güllü" kimi tanınan arabesk musiqisinin sevilən ifaçısı Gül Tut 26 sentyabrda saat 01:30 radələrində Yalovanın Çinarcık şəhərindəki altıncı mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq vəfat edib. Yayılan görüntülərdən sonra müğənninin yıxılmadığı, qızı tərəfindən pəncərədən atıldığı iddia edilirdi. Tuğyan dəfələrlə bunu inkar etsə də, hadisə şahidləri Güllünün itələndiyini bildirirdilər. Bundan başqa, müğənninin ölümündən əvvəl lentə alınmış görüntülərdə əsaslı cinayət şübhəsi yaranıb.
Bakı 



