• Bakı 19° C

    3.17 m/s

UEFA ÇL: "Qarabağ" bu gün Bakıda "Ayaks"la üz-üzə gələcək

İDMAN

10 Dekabr 2025 | 09:00 | Müəllif: Əli Hüseynov

UEFA ÇL: "Qarabağ" bu gün Bakıda "Ayaks"la üz-üzə gələcək

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək.

Bakıvaxtı.az-ın məlumatına görə, Liqa mərhələsinin VI turunun oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Matç saat 21:45-də start götürəcək. Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sıfır xalla sonuncu-36-cı sıradadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026