"Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş münaqişə və ATƏT-in Minsk qrupu ilə bağlı sənədləri yayması bir neçə məqsədə xidmət edir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Tural Gəncəliyev deyib.
Onun sözzlərinə görə, Paşinyanın öz hədəfləri var:
"Gələn ilin iyun ayında Ermənistan parlament seçkiləri keçiriləcək. Seçkilər öncəsi Paşinyan hakimiyyətinə qarşı güclü təzyiqlər var. Paşinyan keçmiş münaqişəyə dair danışıqlarla bağlı sənədləri yaymaqla həm də erməni ictimaiyyətinə göstərir ki, sabiq rəhbərlər tərəfindən həyata keçirilən səmərəsiz siyasət, Azərbaycana qarşı təcavüzkar siyasətin aparılması və uğursuz danışıqlar Ermənistanı çətin duruma salıb”.
Deputat qeyd edib ki, şübhəsiz, Paşinyanın əsas qayəsi Koçaryan-Sarkisyan cütlüyünü, onların yarıtmaz siyasətini ifşa etməkdir. Dediyinə görə, Baş nazir seçkiqabağı kampaniyada Ermənistanın bu faydasız mirasdan xilas olduğunu, çiyinlərindən bu yükü atmasının nə qədər faydalı olduğunu ictimaiyyətə göstərməyə çalışır. Paşinyan yalnız öz sülh siyasəti ilə Ermənistanı rifaha aparaca biləcəyini göstərir.

Tural Gəncəliyev: Bu addım Köçəryan-Sarkisyan cütlüyünün ifşası baxımından mühümdür
Müsahibimiz bildirib ki, Baş nazir bununla həm də artıq ləğv olunmuş ATƏT-in Minsk qrupunun effektsiz qurum olduğunu, davamlı olaraq səmərəsiz təkliflərlə çıxış etdiyini ortaya qoyur:
"Keçmiş həll variantlarının demək olar ki, heç biri Azərbaycan üçün qəbuledilməz idi. Biz indi başa düşürük ki, Azərbaycan lideri nə qədər dərin və strateji addımlar atıb. Azərbaycan dövlət başçısı bu təklifləri rədd etməklə, öz müdrik diplomatiyasını davam etdirib. Son nəticədə prosesi öz xeyrimizə həll edə bildik”.
“Hesab edirəm ki, Paşinyan hökumətinin sənədləri yayması ATƏT-in Minsk qrupunun, eyni zamanda revanşistlərin, Köçəryan-Sarkisyan cütlüyünün ifşası baxımından mühümdür", - deyə Tural Gəncəliyev əlavə edib.
Aydın Baxış
Bakı 



