Böyük Britaniya Rusiya tərəfindən həyata keçirilən məlumatların manipulyasiyasında iştirak edən bir neçə quruma, o cümlədən, “Rybar Telegram” kanalına, həmçinin, Böyük Britaniyaya qarşı kiberhücumlarda ittiham olunan iki Çin şirkətinə sanksiya tətbiq edib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri İvett Kuper bildirib. O qeyd edib ki, Rusiya ordusuna yaxın olan “Rybar Telegram” kanalı, beynəlxalq hadisələri Kremlin xeyrinə yönləndirmək üçün saxta araşdırmalar və süni intellekt əsasında yaradılan məzmun da daxil olmaqla klassik Kreml manipulyasiya taktikalarından istifadə edir:
"Özünü müstəqil qurum kimi təqdim edən “Rybar” əslində qismən Rusiya prezidenti administrasiyası tərəfindən koordinasiya olunur və Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edir".
London, həmçinin dezinformasiya layihələrini maliyyələşdirməkdə və casusluqda şübhəli bilinən şəxslərin müdafiəsində şübhəli bilinən “Pravfond” Fonduna, həmçinin “Geosiyasi Ekspertiza Mərkəzi” analitik mərkəzinə və onun yaradıcısı, rusiyalı ultramillətçi filosof Aleksandr Duqinə sanksiya tətbiq edib.
İ. Kuper həmçinin qərargahı Çində yerləşən iki şirkətə - “i-Soon” və “Integrity Technology Group”a qarşı da sanksiyalar elan edib:
“Onların hücumlarının kollektiv təhlükəsizliyimiz və ictimai xidmətlərimiz üçün əks-sədası var, lakin məsul şəxslər hədəf aldıqları insanlara və ya dəyərlərə əhəmiyyət vermədən hərəkət edirlər".
Aydın Baxış
Bakı 


jpg-1765342929.jpg)
