Dünən Roma Papası XIV Leo Ukrayna prezidenti Vladimir Zelenskini “Castel Gandolfo”dakı iqamətgahında qəbul edib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu görüş onlara Ukraynadakı müharibəni müzakirə etmək imkanı verib.
Müzakirə zamanı Papa XIV Leo bildirib ki, Ukrayna üçün Avropasız sülh axtarmaq qeyri-realdır:
“Avropanı müzakirələrə daxil etmədən sülh sazişi axtarmaq real deyil. Müharibə Avropadadır və düşünürəm ki, Avropa həm indi, həm də gələcəkdə təhlükəsizlik üçün ehtiyacımız olan təminatlarda maraqlı tərəf olmalıdır. Donald Trampın təqdim etdiyi plan Atlantik Alyansda böyük dəyişiklik gətirmək riski daşıyır”,- Leo qeyd edib.
Eyni zamanda Papa urnalistlərə açıqlamasında deyib:
“Amerikanın təkliflərini tam oxumamışam. Təəssüf ki, oxuduğum bəzi hissələr uzun illərdir ki, Avropa və ABŞ arasındakı müttəfiqlik məsələlərində böyük dəyişikliyə səbəb ola bilər”.
Qeyd edək ki, görüş çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski Papanı Ukraynaya səfərə dəvət edib. Papa isə bu məsələyə “ümid edirəm” cavabını verib, lakin əlavə edib ki, belə bir səfərin nə vaxt baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil.
Aydın Baxış
Bakı 



