• Bakı 10° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələyib

İDMAN

10 Dekabr 2025 | 12:34

AFFA Neftçini azarkeşlərinə görə cərimələyib

AFFA İntizam Komitəsi "Neftçi"ni azarkeşlərinin davranışına görə cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib.

08.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun "Sabah" – "Neftçi" oyununda "Neftçi" azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə "Neftçi" komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

09.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun "Sumqayıt" – "İmişli" oyununun 90+13-cü dəqiqəsində "Sumqayıt" komandasının məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Sumqayıt" komandası 1000 manat cərimə edilsin (maddə 17.6, 17.7)

09.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun "Sumqayıt" – "İmişli" oyununda "İmişli" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "İmişli" komandası 700 manat cərimə edilsin (maddə 43.1).


SON XƏBƏRLƏR

09 Dekabr 2025