• Bakı 10° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

İşçinin məzuniyyətdə olduğu müddətdə aldığı əməkhaqqı yeni qaydada müəyyənləşəcək

SİYASƏT

10 Dekabr 2025 | 11:48

İşçinin məzuniyyətdə olduğu müddətdə aldığı əməkhaqqı yeni qaydada müəyyənləşəcək

İşçinin məzuniyyətdə olduğu müddətdə aldığı əməkhaqqı yeni qaydada müəyyənləşəcək.

    Bakıvaxtı.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.

    Adil Vəliyev deyib ki, işçinin məzuniyyətdə olduğu müddətdə aldığı əməkhaqqı sonuncu əməkhaqqından az olmamaqla ödənilməsi ilə bağlı ƏM-nin 117-ci maddəsinə tənzimləmə gətirilir.

    O cümlədən təcrübədə yaranan uyğunsuzluqların aradan qaldırılması məqsədilə Məcəllənin 177-ci maddəsində həmin maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqınin tətbiq edilməsi ilə bağlı dəyişiklik edilir.


    SON XƏBƏRLƏR

    09 Dekabr 2025