• Bakı 10° C

    7.43 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Şəhid atası vəfat etdi - FOTO

CƏMİYYƏT

10 Dekabr 2025 | 10:03

Şəhid atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi əsgər Nicat Nəsibovun atası vəfat edib.

Bakıvaxtı.az modern.az-a istinadla xəbər verir ki, şəhidin atası Səməd Nəsibov uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Mərhum Qazaxda dəfn edilib.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü N. Nəsibov 2020-ci il oktyabrın 27-si Qubadlıda gedən döyüşlər zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.

O, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.


SON XƏBƏRLƏR

10 Aprel 2026