• Bakı 10° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Bu şəxslərin konserti LƏĞV EDİLDİ 

ŞOU

10 Dekabr 2025 | 12:02

Bu şəxslərin konserti LƏĞV EDİLDİ 

Rep ictimaiyyətinin tanınmış adları - Blok3 , Ati242 və Çakalın ardıcıl sosial media açıqlamaları pərəstişkarlarını kədərləndirib.

Bakıvaxtı.az xəbər verir ki, 2025-ci ildə ən çox dinlənilən sənətçilər siyahısına başçılıq edən Blok3 təəccüblü açıqlama verib.

Spotify-ın zirvəsinə yüksələn məşhur reper səhhətində yaranan problemlərə görə Türkiyənin müxtəlif şəhərlərində planlaşdırdığı konsertlərini təxirə saldığını açıqlayıb.

Bu açıqlamadan qısa müddət sonra Ati242 də oxşar bir paylaşım edərək, bir ailə üzvünün səhhətində yaranan problemlərə görə konsertə fasilə verəcəyini bildirib.

Emirhan Çakal sosial media hesabında paylaşdığı paylaşımda "Qardaşımı çox sevirəm. Ailəm üçün əlimdən gələni edirəm. Ad günlərini qeyd etməyi sevmirəm. Bir məqsədim var. Sosial media indi mənə zərər verir" ifadəsi ilə bir müddət platformadan uzaq qalacağını deyib.

Blok3 sosial media hesabında video paylaşaraq konsertlərə qayıtmaq qərarına gəldiyini açıqlayıb: "10 günlük məzuniyyətdən vaz keçdim. Qalan konsertləri də verəcəyik".

Aynur


SON XƏBƏRLƏR

09 Dekabr 2025