• Bakı 21° C

    11.41 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Gələn il sülh müqaviləsinin imzalanması şansı kifayət qədər böyükdür - AÇIQLAMA

SİYASƏT

12 Sentyabr 2025 | 14:30

Gələn il sülh müqaviləsinin imzalanması şansı kifayət qədər böyükdür - AÇIQLAMA

Delimitasiya komissiyalarının işi çərçivəsində Ermənistan və Azərbaycan nümayəndə heyətləri Sünik və Zəngilana səfər ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirin müavini Mher Qriqoryanın ofisinin məlumatında bildirilir. Səfər Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyətləri tərəfindən baş tutub. Səfərlər zamanı bir sıra istiqamətlərdə müşahidələr aparılıb və nümayəndə heyətlərinin müzakirəsi həyata keçirilib.

Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin sərhədyanı bölgələrə qarşılıqlı səfəri fonunda məhz Sünik və Zəngilanın seçilməsinin səbəbi varmı? Sərhədyanı səfərlərin artıq vasitəçilərsiz keçirilməsini diplomatik uğur saymaq olarmı?

Deputat Elman Nəsirov Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.

Deputatın sözlərinə görə, bu səfər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdığını və sülh müqaviləsinin imzalanması istiqamətində addım atıldığını göstərir:

"Səfərin məqsədi Delimitasiya komissiyalarının gördüyü işlərin nəticələri və bundan sonra atılacaq addımların müzakirə olunmasıdır. Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə olunan tarixi razılaşmalar fonunda Delimitasiya komissiyalarının fəaliyyəti aktivləşib. Artıq Zəngəzur dəhlizindən keçən "Tramp marşrutu" istiqamətində real addımlar atılmağa başlayıb. Hətta Birləşmiş Ştatların Dövlət Departamentinin nümayəndəsi Azərbaycan və Ermənistanda olub. ABŞ Zəngəzur dəhlizi və ya başqa adla desək, "Tramp marşrutu"nun işə salınması ilə bağlı ilkin olaraq, 145 milyon dollarlıq vəsait ayırıb və bu proses davam edəcək. Göründüyü kimi, sülh müqaviləsinin imzalanması yolunda ciddi addımlar atılır. Yeganə məsələ odur ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiasından birdəfəlik imtina etməlidir".

Elman Nəsirov: Azərbaycanın Ermənsitanla danışıqları hər zaman nəticəyönümlü olub

Müsahibimizin fikrincə, sülh müqaviləsinin imzalanması baxımından 2026-cı il həlledici olacaq. Məhz gələn il sülh müqaviləsinin imzalanması şansı kifayət qədər böyükdür.

"Delimitasiya komissiyalarının fəaliyyətinin canlanması, bölgələrdən birinin Ermənistan, digərinin Azərbaycan ərazisi seçilməsi ümidverici addımlardır”.

E.Nəsirov vurğulayıb ki, səfərin vasitəçilərsiz baş tutması da diplomatik uğurdur:

“Unutmayaq ki, Azərbaycanın Ermənsitanla danışıqları hər zaman nəticəyönümlü olub. Bu cür ikitərəfli əlaqələr regionda sülh və əməkdaşlıq mühitinin formalaşması üçün geniş imkanlar yaradır".

Gülşən Şərif


SON XƏBƏRLƏR