• Bakı 20° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ölkədə bu qurumlar birləşdirildi - FƏRMAN

CƏMİYYƏT

17 Dekabr 2025 | 19:06 | Müəllif: Subhan Mahmudov

Ölkədə bu qurumlar birləşdirildi - FƏRMAN

Naxçıvanda bir sıra qurumlar birləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Telekom” MMC və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə onların əsasında Nazirliyin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb.

“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi MR Nazirlər Kabinetinə və MR İqtisadiyyat Nazirliyinə verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026