• Bakı C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Tez-tez qrip oluruqsa...

CƏMİYYƏT

17 Dekabr 2025 | 15:29

Tez-tez qrip oluruqsa...

"Əgər normal immuniteti olan bir insan ildə 2-3 dəfə qripə yoluxursa və bu xəstəlik öz-özünə, antibiotiksiz sağalırsa, əlavə ağırlaşmalar - məsələn, sinusit, pnevmoniya və ya bronxit inkişaf etmirsə, bu, normal hal hesab olunur".

Bakıvaxtı.az xəbər verir ki, bunu bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova deyib.

Onun sözlərinə görə, belə vəziyyətdə xüsusi bir müdaxiləyə ehtiyac yoxdur. Çünki bu, sadəcə virus infeksiyasıdır və ötəri xarakter daşıyır.

V.Məmmədoba qeyd edib ki, amma əgər insan ildə 3-4 dəfədən çox xəstələnirsə və ya hər xəstəlik zamanı öskürək, burun axıntısı, boğaz ağrısı, sinus ağrıları kimi əlamətlər uzun müddət davam edirsə, yəni 2-3 həftəni, hətta bir ayı keçirsə, bu artıq ağırlaşmış bir vəziyyətə işarədir. Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır: .

"Burada bir məqamı da qeyd etmək istəyirəm: xroniki xəstəlikləri olan insanlar üçün qrip peyvəndi xüsusilə önəmlidir. Xoşbəxtlikdən, hazırda qrip peyvəndi əlçatandır və biz bu qrup insanlara mövsüm başlamazdan əvvəl peyvənd olunmağı tövsiyə edirik".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR