"Unutmamalıyıq ki, orqanizmdə hər şey fərdidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova deyib.
Onun sözlərinə görə, məsələn, 60 yaşında olan bir insan, indiyə qədər demək olar ki, su içməyibsə, ona birdən-birə gün ərzində 2 litr su içməyi tövsiyə etmək real yanaşma olmaz.
"Buna görə də həm fiziki aktivlikdə, həm qidalanmada, həm də su qəbulu ilə bağlı sağlam həyat tərzi tövsiyələri verilərkən ilk növbədə insanın mövcud vəziyyəti nəzərə alınmalıdır. Yəni onun yaşı, hazırkı həyat tərzi və imkanları əsas götürülməlidir. Daha sonra isə hədəf müəyyənləşdirilməlidir ki, insan haradan başlayır və hara çatmaq istəyir. Bu baxımdan sağlamlıqla bağlı məsələlərdə fərdi yanaşma olduqca vacibdir".
Zeynəb Rzayeva
Bakı 




