• Bakı C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Sidneydə Milad tədbirləri ləğv edildi

DÜNYA

17 Dekabr 2025 | 16:00

Sidneydə Milad tədbirləri ləğv edildi

Sidneydə Milad şənlikləri məhdud formatda keçiriləcək və bütün bayram tədbirləri 21 dekabr bazar gününə qədər ləğv ediləcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "9News" televiziya kanalı məlumat yayıb.

Qeyd edilib ki, şəhərdəki rəngarəng Milad işıqları Bondi Çimərliyindəki terror hücumu qurbanlarının xatirəsinə və yəhudi icması ilə həmrəylik əlaməti olaraq ağ işıqlarla əvəz olunacaq. Milad ağaclarının ətrafındakı meydanlarda işıq və ya səs şouları olmayacaq və "Şəhərdə Milad Nəğmələri" mahnı proqramı həftənin sonuna qədər dayandırılacaq.

Həmçinin bildirilir ki, Sidneyin Darlinq Limanında keçiriləcək bəzi Milad atəşfəşanlıqları da ləğv edilib.

Aynur Babazadə
 


SON XƏBƏRLƏR