• Bakı C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Bundesver Ukrayna missiyasında iştirak edə bilər

DÜNYA

17 Dekabr 2025 | 15:39

Bundesver Ukrayna missiyasında iştirak edə bilər

"Bundesver (Almaniya Silahlı Qüvvələri) bazar ertəsi günü Avropa İttifaqı (Aİ) liderləri tərəfindən elan edilən "Ukrayna üçün çoxmillətli qüvvələr"də iştirak edə bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Tomas Revekamp bildirib.

"Bundesver bunu edə bilər. Bunu digər missiyalar zamanı da nümayiş etdirib", - deyə deputat qeyd edib.

Qeyd edək ki, bazar ertəsi günü Aİ liderləri Berlində keçirilən danışıqlardan sonra birgə bəyanat yayıblar. Bildirilib ki, Kiyev üçün təminatlar arasında Ukrayna üçün maraqlı ölkələrdən ibarət, Avropanın rəhbərlik etdiyi, çoxmillətli qüvvələrin yaradılması da olmalıdır. Bu qüvvələr "könüllülərin koalisiyası" çərçivəsində və ABŞ-nin dəstəyi ilə formalaşdırılmalıdır. 

Bəyanatda deyilir: "Bu qüvvələr Ukrayna Silahlı Qüvvələrinin bərpasına, Ukrayna hava məkanı və dəniz təhlükəsizliyi üzərində nəzarətin təmin edilməsinə kömək edəcək".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR