• Bakı C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Hərəkətsizlik günümüzün ən çox yayılmış problemidir

CƏMİYYƏT

17 Dekabr 2025 | 15:12

Hərəkətsizlik günümüzün ən çox yayılmış problemidir

"Hərəkətsizlik günümüzün ən çox yayılmış problemidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova deyib.

Onun sözlərinə görə, bunu kompensasiya etmək üçün insanlar daha çox fiziki aktivliyə üstünlük verməlidirlər:

"Yəni idmanla məşğul olmaq, müntəzəm yürüşlər etmək vacibdir. Təəssüf ki, bəzən bunu etmirik, hətta çoxumuz buna əməl etmirik".

V.Məmmədova bildirib ki, digər tərəfdən, qidalanma məsələsi də xüsusi diqqət tələb edir. Dediyinə görə, qidalanma vərdişlərimiz çox zaman düzgün olmur:

"Həm müraciət edən xəstələrdə, həm də ətrafımızdakı insanlarda bunu aydın şəkildə görürük. Qidalanma ilə bağlı ciddi səhvlərə yol verilir".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR