• Bakı C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

İranlı hakerlər İsrailin keçmiş baş nazirinin telefonunu sındırıblar

DÜNYA

17 Dekabr 2025 | 18:41

İranlı hakerlər İsrailin keçmiş baş nazirinin telefonunu sındırıblar

İrana bağlı olan “Handala” adlı haker qrupu İsrailin keçmiş baş naziri Naftali Bennettin mobil telefonuna kiberhücumla sındırdıqlarını iddia edib.

Bakıvaxtı.az xəbər verir ki, Qrup bununla bağlı yaydığı açıqlamada Bennettə ünvanlı istehzalı mesaj da paylaşıb. Hakerlər bildiriblər ki, bir vaxtlar kibertəhlükəsizlik sahəsində nümunə kimi təqdim olunan şəxsin “iPhone 13” model telefonunun “asanlıqla ələ keçirilməsi” iddia edilən hücumun ironik tərəfidir.

Açıqlamada Bennettin “rəqəmsal qalasının kağız divar kimi dağıldığı” ifadə olunub. Məsələ ilə bağlı keçmiş baş nazirin ofisi açıqlama verərək bildirib ki, iddialar müvafiq təhlükəsizlik və kibertəhlükəsizlik qurumları tərəfindən araşdırılır.

Qeyd olunub ki, sözügedən mobil cihaz hazırda istifadədə deyil.


SON XƏBƏRLƏR