• Bakı C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

“Sumqayıt” Serbiya və Xorvatiya komandaları ilə qarşılaşacaq

İDMAN

17 Dekabr 2025 | 22:13

“Sumqayıt” Serbiya və Xorvatiya komandaları ilə qarşılaşacaq

“Sumqayıt” futbol klubunun qış hazırlıq planları bəlli olub.

“Gənclik şəhəri” təmsilçisindən Bakıvaxtı.az-a verilən məlumata görə, Saşa İliçin başçılıq etdiyi komanda dekabrın 22-də - “Sabah”la çempionat oyunundan sonra istirahətə buraxılacaq.

Kollektiv 2026-cı il yanvar ayının 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yanvarın 3-dən 17-dək Lara bölgəsində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubları ilə yoxlama oyunları keçirəcək.


SON XƏBƏRLƏR