• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Camış ətini dana əti adı ilə təqdim edən restoran bu iş adamınındır

CƏMİYYƏT

17 Dekabr 2025 | 20:58 | Müəllif: Subhan Mahmudov

Camış ətini dana əti adı ilə təqdim edən restoran bu iş adamınındır

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən "Ramin-Nur" şadlıq sarayının camış ətini dana əti adı ilə təqdim edərək istehlakçıları aldatdığını aşkarlayıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən “Ramin Nur” şadlıq sarayı “Körpü Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovundur.

Şadlıq sarayına da oğlu Raminin adını verib. Ramin Göyüşov özü də iş adamıdır. Müxtəlif vaxtlarda mediada onun da adı hallanıb.

Hansı ki, həmin şirkətlə bağlı da müxtəlif vaxtlarda şikayətlər olub. Elə beş gün əvvəl həmin şirkətin Dərnəgül qəsəbəsində ağacları kəsməsi ilə bağlı şikayət daxil olmuşdu.

Həmin şikayətlə bağlı hazırda araşdırma aparılır.

Qeyd edək ki, Xəlil Göyüşovun Bakıda bir neçə villasının, Sumqayıtda əlavə şadlıq sarayının olduğu deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026